...

Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlər artırıldı

Siyasət Materials 30 Avqust 2013 19:13 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.
Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlər artırıldı

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə onlar üçün müəyyən edilmiş təqaüdlərin məbləği artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilsin:
Doktorantura pilləsi üzrə:
elmlər doktoru hazırlığı üzrə doktorantlara - 220 manat
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 120 manat; Ali təhsil müəssisələrində:
adlı təqaüd alan tələbələrə - 120 manat
magistr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə - 105 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 85 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 55 manat
bakalavr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə - 95 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 80 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 50 manat.
Orta ixtisas təhsili müəssisələrində:
əla qiymətlərlə oxuyan tələbələrə - 50 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 40 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 35 manat.
İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə - 35 manat

Sənəddə göstərilir ki, təqaüdlərin ödənilməsi dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.

Həmçinin, "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 6 sentyabr tarixli 1085 nömrəli Sərəncamı (3-cü hissəsi istisna olmaqla) ləğv edilsin.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

Sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti