...

Tanınmış dövlət xadimi Əli İbrahimovun 100 illik yubileyi keçiriləcək

Siyasət Materials 3 Sentyabr 2013 19:00 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Əli İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Tanınmış dövlət xadimi Əli İbrahimovun 100 illik yubileyi keçiriləcək

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Əli İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birlikdə Əli İbrahimovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2013-cü ildə Azərbaycanın tanınmış dövlət xadimi Əli İsmayıl oğlu İbrahimovun anadan olmasının 100 illiyi tamam olur.

Uzun illər müxtəlif məsul vəzifələrdə çalışdığı və Azərbaycan hökumətinə rəhbərlik etdiyi dövr ərzində Əli İbrahimov özünün zəngin idarəçilik təcrübəsi, təşkilatçılıq bacarığı və səmərəli fəaliyyəti ilə respublikanın sosial-iqtisadi inkişafına sanballı töhfələr verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti