...

Türkiyə səfirini Qahirəyə geri göndərir

Siyasət Materials 4 Sentyabr 2013 09:49 (UTC +04:00)
Daha əvvəl Türkiyə-Misir əlaqələrinin gərginləşməsi ilə bağlı Ankaraya geri çağrılan Türkiyənin səfiri bu gün Misirə geri qayıdır.
Türkiyə səfirini Qahirəyə geri göndərir

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Daha əvvəl Türkiyə-Misir əlaqələrinin gərginləşməsi ilə bağlı Ankaraya geri çağrılan Türkiyənin səfiri bu gün Misirə geri qayıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Hürruyet" qəzeti xəbər yayıb.

Qeyd edək ki, səfir Hüseyn Avni Botsalı məsləhətləşmələr üçün avqustun 16-da geri çağırılıb. Buna cavab olaraq Misir Ankaradakı səfiri Əbdülrəhman Səlahəddini geri çağırıb.

Türkiyə və Misir arasında əlaqələr son zamanlar kəskin pisləşib. Misir tərəfi Türkiyənin onun daxili işlərinə qarışmaqda ittiham edir. Daha əvvəl Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Misir ordusu Məhəmməd Mursi tərəfdarlarının nümayişlərini dağıdarkən öz xalqına qarşı soyqırım törədib, nəticədə iki mindən artıq dinc sakin ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti