...

Yardımlıda Heydər Əliyev Mərkəzinin açılışı olub (FOTO)

Siyasət Materials 5 Sentyabr 2013 00:18 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Yardımlıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Yardımlıda Heydər Əliyev Mərkəzinin açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Yardımlıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Mərkəzdə 30 nəfərlik akt zalı, rəsm və dizayn dərnəyi, xalq sənətkarlıq studiyası, poliqrafiya emalatxanası, fotostudiya və kompyuter otağı yaradılıb. Burada Ümummilli Liderin xatirəsinə həsr olunmuş muzey təşkil edilib.

Muzeydəki fotostendlərdə ulu öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrlər, hakimiyyətdə olduğu illərdə bölgələrə etdiyi səfərlər əks olunub.

Mərkəzdə Prezident İlham Əliyevin Yardımlı rayonuna səfərlərini əks etdirən fotoguşə də yaradılıb. Bundan başqa, Mərkəzdə 40 tamaşaçı yerlik 3D formatlı kinozal, virtual sinif, 15 yerlik konfrans zalı, sərgi salonu, kompyuter və linqafonlarla təchiz edilmiş xarici dil studiyası, intellektual oyun otağı və ədəbiyyat dərnəyi fəaliyyət göstərəcək.

Burada gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti