...

Səfir: Pakistan Azərbaycanla münasibətlərə çox böyük önəm verir

Siyasət Materials 6 Sentyabr 2013 20:37 (UTC +04:00)
Pakistan Azərbaycanla münasibətlərə çox böyük önəm verir.
Səfir: Pakistan Azərbaycanla münasibətlərə çox böyük önəm verir

Azərbaycan, Bakı, 6 sentyabr/Trend, müxbir S.Əhmədova/

Pakistan Azərbaycanla münasibətlərə çox böyük önəm verir. Trend-in məlumatına görə, bunu cümə günü Pakistanın Azərbaycandakı səfiri İkramullah Məhsudu bu ölkənin Müdafiə Günü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbul zamanı bildirib.

İki ölkənin dövlət himnlərinin səslənməsindən sonra çıxış edən səfir Azərbaycan və Pakistan arasındakı dostluq münasibətlərindən danışıb: "Dağlıq Qarabağ və Kəşmir münaqişələrində bir-birimizə verdiyimiz dəstək iki ölkə arasındakı isti münasibətlərin bariz nümunəsidir".

Pakistanın müdafiə tarixindən danışan səfir bildirib: "Təəssüflər olsun ki, Pakistan son 11 ildə dünyada terrorizmdən ən çox əziyyət çəkən ölkədir. Bu savaş bizim iqtisadiyyata və cəmiyyətə çox böyük ziyan vurub. Böyük maddi ziyandan əlavə, 50 mindən çox pakistanlı həyatını itirib".

İ. Məhsudu qeyd edib ki, buna baxmayaraq, bütün bu çətinliklər ölkənin terrorizmə qarşı əzmini gücləndirib.

Tədbirdə bir çox ölkənin səfirləri, ictimaiyyət nümayəndələri və media nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti