...

PKK yaraqlılarının Türkiyədən çıxma prosesi dayandırılıb

Siyasət Materials 9 Sentyabr 2013 12:35 (UTC +04:00)
Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlıları Türkiyə ərazisindən çıxma prosesini dayandırıblar.
PKK yaraqlılarının Türkiyədən çıxma prosesi dayandırılıb

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlıları Türkiyə ərazisindən çıxma prosesini dayandırıblar. Bu barədə Trend Türkiyənin "Hürriyet" qəzetinə istinadən bildirib.

Məlumatda bildirilir ki, PKK təşkilatının liderlərindən biri Cəmil Bayık bildirib ki, Türkiyə hökuməti ölkənin kürd əhalisi ilə bağlı heç bir demokratik islahat aparmır və buna görə də PKK yaraqlıları Türkiyə ərazini tərk etməyəcəklər.

Bayık bildirib: "Əgər Ankara ölkədə kürdlər barəsində konkret islahatların keçirilməsinə başlamasa, artıq Türkiyə ərazisini tərk edən yaraqlılar geri qaytarılacaq. Hazırda yaraqlıların Türkiyədən çıxması prosesi dayandırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti