...

Nazir: Son illər Azərbaycan və Tacikistan arasında bir sıra sahələrdə əlaqələr sürətlə inkişaf edir

Siyasət Materials 11 Sentyabr 2013 20:10 (UTC +04:00)
Bu gün Bakıda Tacikistanın milli bayramı - dövlət müstəqillyinin 22-ci ildönümü qeyd olunub.
Nazir: Son illər Azərbaycan və Tacikistan arasında bir sıra sahələrdə əlaqələr sürətlə inkişaf edir

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir M.Əliyev/

Bu gün Bakıda Tacikistanın milli bayramı - dövlət müstəqillyinin 22-ci ildönümü qeyd olunub.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Tacikistanın Azərbaycandakı səfiri Zohir Səidov bildirib ki, iki ölkə arasında tarixi köklərə söykənən dostluq və qardaşlıq münasibətləri mövcuddur. Səfir qeyd edib ki, Tacikistan və Azərbaycan bir çox beynəlxalq təşkilatlarda birgə səmərəli fəaliyyət göstərirlər.

Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıqda, əsasən, beynəlxalq terrorizmlə mübarizə sahəsində iki dövlət arasındakı əməkdaşlıq xüsusi yer tutur.

Səfir əmin olduğunu bildirib ki, iki dövlət arasındakı münasibətlər qarşılıqlı dostluq və qardaşlıq ruhunda inkişaf edəcək.

Azərbaycanın iqtisadi inklişaf naziri Şahn Mustafayev mərasimdə çıxışı zamanı qeyd edib ki, son illər Azərbaycan və Tacikistan arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr sürətlə inkişaf edir.

Nazir deyib ki, iki ölkə arasında son ildə ticarət dövriyyəsi 44 milyon dollara yüksəlib: "Azərbaycan və Tacikistan arasında hökümətlərarası komissiyanın iclasları kifayət qədər səmərəli keçib, son toplantıda isə gələcək əlaqələri dərinləşdirəcək bir sıra mühüm sənədlər qəbul olunub.

Ş.Mustafayev, həmçinin Bakı-Düşənbə aviareysinin bərpa olunmasının iki ölkə arasında əlaqələrin sıxlaşmasına töhfə verəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti