...

Azərbaycan Prezidenti Administrasiyasının Rəhbərinin müavini Novruz Məmmədov Türkiyədə bir sıra görüşlər keçirib (FOTO)

Siyasət Materials 20 Sentyabr 2013 03:31 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Rəhbərinin müavini və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov sentyabrın 19-da “Cənubi Qafqazın Yüksələn Ulduzu: İlham Əliyev Dövründə Azərbaycan” kitabının geniştərkibli təqdimat mərasimində iştirak etmək məqsədilə Ankarada işgüzar səfərdə olub.
Azərbaycan Prezidenti Administrasiyasının Rəhbərinin müavini Novruz Məmmədov Türkiyədə bir sıra görüşlər keçirib (FOTO)

Azərbaycan, Bakı, 20 sentyabr / Trend /

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Rəhbərinin müavini və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov sentyabrın 19-da "Cənubi Qafqazın Yüksələn Ulduzu: İlham Əliyev Dövründə Azərbaycan" kitabının geniştərkibli təqdimat mərasimində iştirak etmək məqsədilə Ankarada işgüzar səfərdə olub.

Trend-in Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Novruz Məmmədov Türkiyə Respublikası XİN Əhməd Davudoğlu, Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəhbəri Prof. Dr. Mustafa İsen, Türkiyə Böyük Millət Məclisinin Sədr müavini Sadık Yakut və hakim Ədalət və İnkişaf Partiyasının Xarici Əlaqələr üzrə Sədr müavini Mövlud Çavuşoğlu ilə çox faydalı görüşlər keçirib.

Xoş və səmimi şəraitdə keçirilən görüşlər zamanı, iki ölkə arasında olan qardaşlıq və dostluq münasibətləri, iki qardaş ölkə arasında olan bu münasibətlərin daha da inkişaf etdirilməsi yolları, həyata keçirilmiş strateji mahiyyətə malik layihələrin əhəmiyyəti, bir millətin iki dövlətinin gələcəkdə zəruri olan müştərək fəaliyyətləri və atılması vacib olan addımlar üzərində müzakirələr aparılmışdır.

Novruz Məmmədov həyata keçirdiyi görüşlər zamanı Türkiyədən olan rəsmi şəxslərə "Cənubi Qafqazın Yüksələn Ulduzu: İlham Əliyev Dövründə Azərbaycan" kitabını hədiyyə etmişdir.

Qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Rəhbərinin müavini və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov Türkiyənin nüfuzlu Hürriyet Daily News qəzeti və Anadolu Agentliyinə müsahibələr vermiş, ən baxımlı xəbər kanalı "TRT Haber" televiziya kanalında canlı yayımlanan proqramda iştirak edərək ölkəmizin xarici siyasəti, sosial-iqtisadi inkişafı və Azərbaycanın son illərdə olan sürətli inkişafı ilə bağlı çox saylı suallara aydınlıq gətirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti