...

Azərbaycanla İtaliya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət Materials 20 Sentyabr 2013 16:28 (UTC +04:00)
Azərbaycanla İtaliya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məzələləri müzakirə olunub.
Azərbaycanla İtaliya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanla İtaliya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məzələləri müzakirə olunub.

Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müdafiə sənayesi naziri Yavər Camalov İtaliyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ciampaolo Kutillonu qəbul edib.

Nazir Yavər Camalov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb və Azərbaycan ilə İtaliya arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini bildirib.

Görüşdə Müdafiə Sənayesi Nazirliyinin yaranması və fəaliyyəti barədə səfirə məlumat verilib.

Ciampaolo Kutillo səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti