...

ATƏT-in fəaliyyətdə olan sədri: Təhsil ATƏT regionunda uzunsürən münaqişələrin sülh yolu ilə həllində vacib rol oynayır

Siyasət Materials 21 Sentyabr 2013 11:49 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara təhsilin ATƏT məkanında uzunsürən münaqişələrin sülh yolu ilə həlli üçün sülhün təşviqində təhsilin vacib rolunu vurğulayıb.
ATƏT-in fəaliyyətdə olan sədri: Təhsil ATƏT regionunda uzunsürən münaqişələrin sülh yolu ilə həllində vacib rol oynayır

Azərbaycan, Bakı, 21 sentyabr / Trend, müxbir S.Əhmədova /

ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara təhsilin ATƏT məkanında uzunsürən münaqişələrin sülh yolu ilə həlli üçün sülhün təşviqində təhsilin vacib rolunu vurğulayıb. Trend-in məlumatına görə, bu barədə ATƏT-in rəsmi internet səhifəsində bildirilir.

Kojara bildirib: "Sülh naminə təhsillin bu il Beynəlxalq Sülh Gününün mövzusu olduğunu nəzərə alaraq, gərginliyin azaldılması və onun qarşısının alınması, inamın yaradılması, münaqişələrin qeyri-zorakı yolla həllində təhsilin çox vacib rolunu vurğulamaq istərdim".

Onun sözlərinə görə, Beynəlxalq Sülh Günü bütün dünyada zorakılığın və düşmənçiliyin dayandırılması üçün unikal bir imkan vəd edir.

L.Kojara bildirib: "ATƏT məkanında həlli yubanan münaqişələr regionda əsas gərginlik mənbəyi və təhlükəsizlik və sabitlik üçün təhlükə olaraq qalır. Hazırda çox ehtiyac duyulan siyasi iradənin qurulması və davamlı sülhə nail olunması istiqamətində tərəflərə kömək etmək üçün səylər artırılmalıdır".

Qeyd edək ki, bu gün dünya Beynəlxalq Sülh Gününü qeyd edir. Bu gün dünyada sülhün bərqərar olmasına və müharibə və zorakılığa son qoyulmasına həsr olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti