...

Məzahir Pənahov: Xarici və yerli müşahidəçilərin sayının çoxluğu Azərbaycanda prezident seçkilərinə marağın göstəricisidir

Siyasət Materials 25 Sentyabr 2013 16:55 (UTC +04:00)
Xarici və yerli müşahidəçilərin sayının 30 minə çatması beynəlxalq ictimaiyyətin Azərbaycanda keçiriləcək prezident seçkilərinə marağının göstəricisidir.
Məzahir Pənahov: Xarici və yerli müşahidəçilərin sayının çoxluğu Azərbaycanda prezident seçkilərinə marağın göstəricisidir

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir M.Əliyev/

Xarici və yerli müşahidəçilərin sayının 30 minə çatması beynəlxalq ictimaiyyətin Azərbaycanda keçiriləcək prezident seçkilərinə marağının göstəricisidir. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın çərşənbə günü keçirilən iclasında çıxışı zamanı deyib.

M.Pənahov qeyd edib ki, onlardan 4072 nəfər ölkə üzrə, 25 292 nəfər dairələr üzrə qeydə alınıb, 697 nəfər isə beynəlxalq müşahidəçidir.

MSK sədri vurğulayıb ki, müraciətlər hazırda da davam edir: "Müşahidə etmək istəyən həm xarici, həm də ölkə daxilində olan şəxslərin sayının çoxluğu bir daha Azərbaycanda və beynəlxalq ictimaiyyət tərəfindən prezident seçkilərinə marağın göstəricisidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti