...

Azərbaycanda xəbərsiz itkin düşən hərbi qulluqçulara görə sığorta ödənişi veriləcək

Siyasət Materials 26 Sentyabr 2013 12:56 (UTC +04:00)
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin cümə axşamı keçirilən iclasında "Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında" qanuna təklif olunan əlavədə öz əksini tapıb.
Azərbaycanda xəbərsiz itkin düşən hərbi qulluqçulara görə sığorta ödənişi veriləcək

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda xəbərsiz itkin düşən hərbi qulluqçulara görə sığorta ödənişi veriləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin cümə axşamı keçirilən iclasında "Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında" qanuna təklif olunan əlavədə öz əksini tapıb.

Qanuna təklif edilən əlavəyə görə, hərbçilər xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə də sığorta məbləğinin 100 faizi həcmində sığorta ödənişləri veriləcək. Qeyd edək ki, hazırda mövcud olan qanunvericiliyinə görə, sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə sığorta məbləğinin 100 faizi həcmində sığorta ödənişləri verilir.

Komitə sədri Ziyafət Əsgərov iclasda bildirib ki, qanuna dəyişikliklər hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyır: "Bu, bir daha dövlət başçısının hərbçilərə humanist münasibətinin göstəricidir".

Millət vəkili Aydın Mirzəzadə iclasda qeyd edib ki, bununla da hərbiçilər öz üzərlərində daha çox dövlət qayğısı hiss edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti