...

Ziyafət Əsgərov: Azərbaycanda tam demokratik, ədalətli, şəffaf seçkilərin keçirilməsi üçün gözəl hüquqi mühit var (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 26 Sentyabr 2013 13:26 (UTC +04:00)
Azərbaycanda sözün həqiqi mənasında tam demokratik, ədalətli şəffaf seçkilərin keçirilməsi üçün gözəl şərait mövcuddur, gözəl hüquqi mühit var. Trend-in məlunmatına görə, bunu jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.
Ziyafət Əsgərov: Azərbaycanda tam demokratik, ədalətli, şəffaf seçkilərin keçirilməsi üçün gözəl hüquqi mühit var (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda sözün həqiqi mənasında tam demokratik, ədalətli, şəffaf seçkilərin keçirilməsi üçün gözəl şərait mövcuddur, gözəl hüquqi mühit var. Trend-in məlunmatına görə, bunu jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.

Z.Əsgərov vurğulayıb ki, İctimai Televiziyada namizədlərə pulsuz efir vaxtı ayrılıb: "Biz onlardan platforma, proqram çıxışı gözləyirik ki, mövcud iqtidarın planlarından fərqli nə təklif edirsiz. Çox təəssüf ki, biz bunu görmürük, ancaq qalmaqal, heç bir əsası olmayan iftira, böhtan görürük".

Z.Əsgərov vurğulayıb ki, bu, arzuolunan hal deyil, namizəd öz proqramını seçiciyə izah etməlidir: "Təəssüf ki, hələ ki biz bunu görmürük. Bu gün Azərbaycanda seçki prosesinə cəlb olunmuş bütün dövlət orqanları - icra hakimiyyətləri, polis strukturları, Mərkəzi Seçki Komissiyası normal şəraitdə işləyirlər".

Z. Əsgərov, həmçinin prezidentliyə namizəd Cəmil Həsənlinin teledebatda səsləndirdiyi bəzi fikirlərə də münasibət bildirib: "Efirdə namizəd sənədləri gətirib, hansısa xarici ölkələrin qəzetlərində dərc olunmuş əsassız materiallardan danışır. Xarici ölkələrin qəzetlərində də dərc olunan sənədlər əksər hallarda erməni lobbisinin Azərbaycanı gözdən salmaq üçün oyunlarıdır. Bəzən adını beynəlxalq qoymuş təşkilatların materiallarını sənəd kimi təqdim etmək sübut deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti