Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir R.Hafizoğlu/
Türkiyədə keçirilən etiraz aksiyaları ölkənin dünyadakı imicinə ciddi təsir göstərib və onların nəticələri çətinliklə aradan qaldırılır. Trend-in Türkiyənin "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş nazirinin müavini Əli Babacan bildirib.
Babacanın sözlərinə görə, ölkənin imicinin bərpa olunması üçün aylar lazımdır.
Xatırladaq ki, may ayının sonunda Türkiyədə təxminən üç həftə ərzində Türkiyənin müxtəlif şəhərlərində İstanbulun Taksim meydanındakı Gezi parkının yenidən qurmasına qarşı etiraz aksiyaları keçirilib.
Hakimiyyət nümayəndələrinin sözlərinə görə, Türkiyədə üç təxminən üç həftə davam edən etiraz aksiyaları dövlət əleyhinə yönəlib.
Daha əvvəl Türkiyə DİN-in məlumatına görə, üç həftə ərzində Türkiyənin 79 əyalətində keçirilən etiraz aksiyaları zamanı 2,5 milyon insan iştirak edib.