...

Bugünkü mitinqlə bağlı Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb

Siyasət Materials 28 Sentyabr 2013 19:16 (UTC +04:00)
Bugünkü mitinqlə bağlı Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb. Bu barədə Trend məlumat yayıb.
Bugünkü mitinqlə bağlı Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Bugünkü mitinqlə bağlı Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb. Bu barədə Trend məlumat yayıb.

Xəbərdə deyilir ki, sentyabrın 28-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun prezidentliyə namizədi Cəmil Həsənlinin Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, ACP, KXCP, "El" Hərəkatı, eləcə də, bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Xəbər lenti

Xəbər lenti