Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Nurəddin Məmmədli öz həmkarlarını passivlikdə ittiham edib.
Trend-in məlumatına görə, AXCP sədrinin müavini Nürəddin Məmmədli şəxsi "Facebook" səhifəsindəki statusunda qeybətçilərin artdığını yazıb.
N.Məmmədli qeyd edib ki, kimi dindirirsən, hakimiyyəti ittiham edir: "Ancaq aşkarda yoxdurlar, nə mitinqə gəlirlər, nə də siyasətə qoşulurlar".