...

Azərbaycan–İspaniya Ticarət Palatası yaradılır

Siyasət Materials 1 Oktyabr 2013 15:04 (UTC +04:00)
Azərbaycan Respublikasının İspaniyaı Krallığındakı səfirliyinin təşəbbüsü olaraq Azərbaycan-İspaniya Ticarət Palatasının yaradılması təşəbbüsü irəli sürülüb və hazırda səfirlik tərəfindən həmin palatanın təsis edilməsi və davamlı olaraq fəaliyyət göstərməsi potensialı öyrənilir.
Azərbaycan–İspaniya Ticarət Palatası yaradılır

Azərbaycan, Bakı, 1 oktyabr / Trend, müxbir S.Əhmədova /

Azərbaycan Respublikasının İspaniyaı Krallığındakı səfirliyinin təşəbbüsü olaraq Azərbaycan-İspaniya Ticarət Palatasının yaradılması təşəbbüsü irəli sürülüb və hazırda səfirlik tərəfindən həmin palatanın təsis edilməsi və davamlı olaraq fəaliyyət göstərməsi potensialı öyrənilir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İspaniya Krallığındakı səfirliyindən bildirilib.

Məlumatda bildirilir ki, həmin təşəbbüs, Azərbaycan bazarına ispan şirkətləri tərəfindən göstərilən böyük maraqdan, İspaniya şirkətlərindən səfirliyimizə olan çox saylı müraciətlərdən, İspaniyanın qabaqcıl texnologiyaların və "nou-hou"sunun ölkəmizə gətirilməsindən əldə edəcəyimiz faydadan, İspaniyada mövcud olan çoxsaylı və əlverişli sərmayə layihələrinin mövcudluğundan və bir çox digər amillərin analizindən irəli gəlir.

Palatanın vəzifələri iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, ispan şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirakının təşviqi, Azərbaycan məhsullarının ispan bazarına çıxarılması, qarşılıqlı biznes forumlarının, ticarət və sərmayə missiyalarının həyata keçirilməsi və iki ölkə arasında əməkdaşlığın inkişafına xidmət edəcək digər tədbirlərin həyata keçirilməsindən ibarət olacaq.

Palatanın üzvləri mütəmadi olaraq Azərbaycanla İspaniyanın iqtisadiyyatı və biznes imkanları barədə məlumat əldə edə, geniş kontakt şəbəkəsindən yararlana, qısa zamanda biznes tərəfdaşlarını tapa, tenderlər, sərmayə layihələri, sərgilər və s. barədə ən son məlumatı əldə edə, hüquq, vergi, təsisat qaydaları və digər konsultasiya xidmətlərindən faydalana biləcəklər.

Qeyd edək ki, səfirliyə İspaniya şirkətlərindən sözügedən palataya üzv olmaq istəyi ilə məktublar daxil olur.

Qeyd edilməlidir ki, hazırda əsas diqqət palatanın təsisçiləri kimi çıxış edəcək şirkətlərin müəyyənləşdırılməsinə yetirilir. Hazırda İspaniya tərəfindən 6 şirkət həmin palatanın təsisçisi kimi çıxış etmək istəyir və onlar arasında seçim aparılır.

Qeyri-gəlir təşkilatı olacaq bu palataya üzv və ya təsisçi olmaq istəyən Azərbaycan şirkətləri İspaniyadakı səfirliyə və ya bu məqsəd üçün yaradılmış [email protected] elektron ünvanına müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti