...

Cənubi Qafqazda radikal islamçılığın artması Vaşinqtonda müzakirə olunacaq

Siyasət Materials 4 Oktyabr 2013 12:12 (UTC +04:00)
Oktyabrın 10-da Vaşinqtondakı Hudson İnstitutunda "Cənubi Qafqazda radikal islamçılığın artması: təhlükələr və onlara cavab" mövzusunda konfrans keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Hudson İnstitutunun rəsmi internet səhifəsi xəbər verib.
Cənubi Qafqazda radikal islamçılığın artması Vaşinqtonda müzakirə olunacaq

Azərbaycan, Bakı, 4 oktyabr / Trend, müxbir S.Əhmədova/

Oktyabrın 10-da Vaşinqtondakı Hudson İnstitutunda "Cənubi Qafqazda radikal islamçılığın artması: təhlükələr və onlara cavab" mövzusunda konfrans keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Hudson İnstitutunun rəsmi internet səhifəsi xəbər verib.

Konfrans ABŞ-ın Əfqanistandan qoşunlarının çıxarmağa davam etdiyi, Şimali Afrikada və Yaxın Şərqdə qeyri-stabilliyin artdığı və Tehranın nüvə fəaliyyətini dayandırmasına dair beynəlxalq çağırışları rədd etidiyi bir vaxta təsadüf edir.

Konfransda "APCO Worldwide" məsləhət şirkətinin Qlobal Proqramlar üzrə direktoru Coşua Valker, Hudson İnstitutunun baş tədqiqatçısı və Siyasi-Hərbi Analitika Mərkəzinin direktoru Riçard Veitz, Heriteyc Fondunun Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti üzrə baş tədqiqatçısı Ariel Kohen və digərləri iştirak edəcəklər.

Ekspertlər belə bir vəziyyətdə Cənubi Qafqaz hökümətləri və beynəlxalq ictimaiyyətin radikalizmin yayılmasının qarşısını necə ala biləcəyi və xristianlar, yəhudlər və sunni və şiə müsəlmanlarının birgəyaşayışına və əməkdaşlığına icazə verən tolerant islam ənənələrini necə təşviq edə biləcəyi, ABŞ-ın Qafqaz regionuna dair strategiyası və baxışları, İranın Cənubi Qafqazda strategiyası, davamlı regional təhlükəsizliyin təşviqi üçün potentsial həlləri və digər məsələləri araşdıracaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti