...

Dənizdə işləyən Azərbaycan vətəndaşlarına prezident seçkilərində səs vermək üçün hər cür şərait yaradılıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 7 Oktyabr 2013 11:57 (UTC +04:00)
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ADXDG) respublikada prezident seçkiləri zamanı seçki prosesinin təmin olunması məqsədilə dənizdə olacaq gəmilərdə hər cür şərait yaradılıb.
Dənizdə işləyən Azərbaycan vətəndaşlarına prezident seçkilərində səs vermək üçün hər cür şərait yaradılıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ADXDG) respublikada prezident seçkiləri zamanı seçki prosesinin təmin olunması məqsədilə dənizdə olacaq gəmilərdə hər cür şərait yaradılıb. Bu barədə Trend-ə idarənin mətbuat xidmətinin rəhbəri Vüqar Sadıqov bildirib.

V.Sadıqovun sözlərinə görə, prezident seçkiləri günü dənizdə olacaq bütün gəmilərdə seçki prosesinin təmin olunması məqsədilə seçki məntəqələri yaradılıb: "Bu gəmilərin heyət üzvlərinin siyahısı təsdiqlənib və müvafiq olaraq onlar bu məntəqələrdə səs verəcəklər".

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, seçki prosesinin yekunlaşmasından sonra gəmidə səsverməyə görə cavabdeh olan şəxs - kapitan əlaqə vasitələrindən istifadə edərək seçkilərin yekunları haqqında məlumatı operativ olaraq sahilə ötürəcək.

Sadıqovun sözlərinə görə, öz növbəsində üzən gəmilərin heyəti daxil olmaqla idarənin bütün əməkdaşları, xüsusilə təmirə dayanan gəmilərin komandası yaşayış yerlərində səs verəcəklər: "İdarənin quruda və dənizdə olan bütün əməkdaşları səsvermə prosesində aktiv şəkildə iştirak edəcəklər".

Bazar ertəsi ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Trend-ə bildirilib ki, seçki qanunvericiliyinə uyğun olaraq, səsvermə müddətində dənizdə platforma və gəmilərdə növbədə olacaq ARDNŞ əməkdaşlarının seçki prosesində iştirakını təmin etmək məqsədilə bütün şərait yaradılıb.

ARDNŞ-dən bildilib: "Şirkət əməkdaşları dənizdə hasilat platformalarında, böyük gəmilərdə səs verə biləcəklər. Səsvermə prosesinin yekunlaşmasından sonra bütün məlumatlar sayılması üçün sahilə göndəriləcək".

Azərbaycanda böyük-neft qaz yataqlarının iştirakçısı olan Böyük Britaniyanın bp şirkətində də prezident seçkiləri zamanı səsvermə prosesinin təmin olunması məqsədilə bütün şərait yaradılıb.

Bazar ertəsi bp-dən Trend-ə bildirilib ki, sentyabrın ortalarından seçki günü dənizdəki obyektlərdə növbədə olacaq əməkdaşların səsvermədə iştirakını təmin etmək məqsədilə lazım olan bütün şəraitin yaradılmasına başlanılıb: "Dəniz platformalarında olan əməkdaşların səs verməsi üçün şərait yaradılıb".

bp-dən bildirilib ki, quru obyektlərində, xüsusilə Səngəçal neft terminalının əməkdaşlarının seçki qanunvericiliyinə uyğun olaraq səsvermədə iştirak etmələri üçün onlar yaxınlıqdakı seçki məntəqələrinə xüsusi avtobuslarla aparılacaqlar.

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti