...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rus Pravoslav Kilsəsinin ali ordeninə layiq görülüb

Siyasət Materials 7 Oktyabr 2013 16:22 (UTC +04:00)
Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin sərəncamı ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva III dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rus Pravoslav Kilsəsinin ali ordeninə layiq görülüb

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin sərəncamı ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva III dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilmişdir. Bu barədə Trend AzərTAc-a istinadən məlumat verir.

Həştərxan vilayətinin rəsmi saytında (astrobl.ru) verilən məlumata görə, Leyla Əliyeva bu təltifə Həştərxan şəhərində Müqəddəs Mələksima Knyaz Vladimirin abidəsinin ucaldılmasına göstərdiyi köməyə və Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyi ilə əlaqədar, habelə Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə layiq görülmüşdür.

Müqəddəs Mələksima Knyaginya Olqa ordeni 1988-ci ildə Rusiyada xristianlığın qəbul edilməsinin 1000 illiyi ilə əlaqədar təsis olunmuşdur. Bu ordenlə kilsə, dövlət və ictimai xidmətin müxtəlif sahələrində böyük töhfələri olan qadınlar təltif edilir.

Mükafatın yüksək statusu onunla təsdiqlənir ki, indiyə qədər bu ordenə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa və Böyük Knyaginya Mariya Vladimirovna Romanova layiq görülmüşlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti