...

Argentinanın “El Cronista” qəzetində Azərbaycanın BMT TŞ-na üzvlüyü ilə bağlı məqalə dərc olunub

Siyasət Materials 8 Oktyabr 2013 12:44 (UTC +04:00)
Argentinanın “El Cronista” qəzetində səfir Məmməd Əhmədzadənin Azərbaycanın BMT TŞ-na üzvlüyü ilə bağlı məqaləsi dərc olunub.
Argentinanın “El Cronista” qəzetində Azərbaycanın BMT TŞ-na üzvlüyü ilə bağlı məqalə dərc olunub

Azərbaycan, Bakı, 8 oktyabr / Trend, müxbir M.Əliyev/

Argentinanın "El Cronista" qəzetində səfir Məmməd Əhmədzadənin Azərbaycanın BMT TŞ-na üzvlüyü ilə bağlı məqaləsi dərc olunub.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın Argentinadakı səfirliyindən bildirilib.

Məqalədə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri arasında Azərbaycanla birlikdə dost ölkə olan Argentinanın da olması və bu hadisənin diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə təsadüf etməsi xüsusi qeyd olunur. Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya regionundan TŞ-nın qeyri-daimi üzvü seçilən birinci ölkə olduğunu qeyd edən müəllif, bunu sürətli sosial-iqtisadi inkişafa malik, müxtəlif mədəniyyətlərin birgə mövcudluğu nümunəsi olan ölkəmizin beynəlxalq nüfuzunun artmasının göstəricisi kimi qeyd edir: "Müxtəlif dinlərin sülh şəraitində birgə yaşadığı ölkənin yüksək tolerantlığı və dünyəviliyi beynəlxalq ictimaiyyət tərəfindən yüksək təqdir olunur. Müsəlman şərqində ilk operanın, baletin, parlamentli respublikanın yaradılması, qadınlara seçki hüququnun verilməsi kimi ənənələrə malik olan Azərbaycan bu gün dünyada sivilizasiyalararası dialoqun təşviqində fəal iştirak edir".

Yazıda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə də toxunan müəllif bildirir: "Ermənistan tərəfindən ərazilərinin 20 faizinin işğal olunduğu və əhalisinin sayının faizinə görə dünyada ən çox qaçqın və məcburi köçkünə malik olan (9 milyonluq əhalisi olan ölkədə 1 milyon qaçqın və məcburi köçün vardır) Azərbaycan üçün beynəlxalq sülh və təhlükəsizliyə mövcud təhdidlərə qarşı mübarizə son dərəcədə önəmlidir.

Məqalədə 4 may 2012-ci tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə TŞ-nın iclasının keçirildiyi də vurğulanıb.

Azərbaycan və Argentinanın BMT TŞ-a qeyri-daimi üzvlüyünün dünyada mürəkkəb problemlər və çağırışların mövcudluğu vaxtına təsadüf etdiyini bildirən müəllif yazısını bu fikirlərlə tamamlayır: "Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn aliliyi, beynəlxalq təşkilatların qərar və qətnamələrinə, xüsusilə də BMT sənədlərinə əməl edilməsinin vacibliyi mövqeyindən çıxış edən ölkələrimiz bu önəmli məsuliyyəti layiqincə icra edirlər".

Yazı ilə bu linkdə tanış ola bilərsiz http://m.cronista.com/opinion/Azerbaiyan-y-Argentina-en-el-vigesimo-aniversario-de-sus-relaciones-diplomaticas-20131007-0010.html

Məqalədə:
Xəbər lenti

Xəbər lenti