...

Məhkum: Cəzaçəkmə müəssisəsində bütün namizədlərin platforması ilə tanış olmağa şərait yaradılıb

Siyasət Materials 9 Oktyabr 2013 12:14 (UTC +04:00)
Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində yaradılmış 24 saylı Nizami Seçki Dairəsinin 33 saylı seçki məntəqəsində siyahı üzrə 948 məhkumdan saat 11:45-ə kimi 500 məhkum səs verib. Bunu məntəqə seçki komisiyasının sədri Azər Səfərov Trend-ə deyib.
Məhkum: Cəzaçəkmə müəssisəsində bütün namizədlərin platforması ilə tanış olmağa şərait yaradılıb

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İ.İzzət/

Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində yaradılmış 24 saylı Nizami Seçki Dairəsinin 33 saylı seçki məntəqəsində siyahı üzrə 948 məhkumdan saat 11:45-ə kimi 500 məhkum səs verib. Bunu məntəqə seçki komisiyasının sədri Azər Səfərov Trend-ə deyib.

O bildirib ki, məntəqədə səhər saat 08:00-dan səsvermə başlayıb və məhkumlar mütəşəkkil qaydada səs verirlər.

Müşahidəçi Orxan Kərimov bildirib ki, səsvermə prosesi zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb.

Cinayət Məcəlləsinin 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə; külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə 10 il azadlıqdan məhrum edilmiş və 5 il dörd ay məhkumluk həyatı yaşayan Fikrət Həsənov deyib ki, cəzaçəkmə müəssisəsində bütün prezidentliyə namizədlərin platforması ilə tanış olmağa şərait yaradılıb: "Seçki Məcəlləsinin müvafiq maddələri ilə tanış edilmişik, bizə heç bir təzyiq göstərilməyib, özümüz könüllü olaraq səs veririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti