...

Çexiyalı millət vəkili: Azərbaycanda prezident seçkilərinin təşkilindən çox razı qalmışıq

Siyasət Materials 9 Oktyabr 2013 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycanda prezident seçkilərinin təşkilindən çox razı qalmışıq. Trend-in məlumatına görə, bunu çexiyalı millət vəkili, beynəlxalq müşahidəçi Vatslav Kubata jurnalistlərə açıqlamasında bildirib.

V.Kubata deyib: "Bu gün 9 məntəqədə olmuşuq, həmin məntəqələrdə xeyli seçici var idi".

Çexiyalı müşahidəçinin sözlərinə görə, insanlar davamlı şəkildə səsvermə prosesində iştirak edirdilər:

"Daha əvvəl Moldovada seçki prosesində iştirak etmişəm. Sizin ölkənizdə seçkilərin təşkilindən çox razı qalmışıq. Mən seçkiləri izləyərkən müsbət mənada təəccübləndim. Biz gördük ki, seçki komissiyaları və məntəqələri qanuni qaydalara tam əməl edir. İnsanlar sərbəst şəkildə gəlib səs verirlər, yəni hər hansı qanun pozuntusu və ya səsverməyə müdaxilə halları müşahidə etmədik. Əminliklə deyə bilərəm ki, seçkilər zamanı bütün beynəlxalq prosedurlara əməl olunub. Demək olar ki, bir çox başqa ölkələrlə müqayisədə beynəlxalq standartlara daha çox əməl olunurdu".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti