Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir H.Vəliyev/
Regionlarda rabitənin dayanıqlığı və Məntəqə Seçki Komissiyalarında quraşdırılmış veb-kameraların görüntülərinin izlənilməsi, həmçinin həmin görüntülərin internet üzərindən canlı yayımı tam təmin edilib. Bu barədə Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyindən məlumat verilib.
"Aztelekom" İstehsalat Birliyinin xidməti ərazisi 90 seçki dairəsi üzrə 3910 seçki məntəqəsini əhatə edir və bu məntəqələr tam telefonlaşdırılıb, bu məntəqələrdən 310-u məcburi köçkünlərin məskunlaşdığı ərazilərdədir.
"Aztelekom" İB üzrə 57 telekommunikasiya qovşağının şəbəkəsində olan 84 seçki dairəsi üzrə 669 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Qeyd edək ki, ötən prezident seçkilərində "Aztelekom" İstehsalat Birliyinin xidməti ərazisində cəmi 286 veb-kamera quraşdırılmışdı, hazırda bu rəqəm 383 ədəd artırılaraq 669-a çatdırılıb.
Mərkəzi Seçki Komissiyasında veb-kameraların işi ilə yaxından tanş olan beynəlxalq müşahidəçilər kameralardan izlənilən görüntülərin keyfiyyətini yüksək qiymətləndiriblər.