...

Azərbaycanın hakim partiyası İlham Əliyevin prezident seçkisində qələbəsini qeyd edir (FOTO)

Siyasət Materials 9 Oktyabr 2013 20:37 (UTC +04:00)
"Bu gün Azərbaycan xalqı qələbə qazandı". Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, hazırkı dövlət başçısı İlham Əliyevin seçkilərdə qələbə qazanması münasibətilə YAP-ın mənzil qərargahı qarşısında keçirilən konsert proqramında çıxışı zamanı partiyanın sədr müavini - icra katibi Əli Əhmədov deyib.
Azərbaycanın hakim partiyası İlham Əliyevin prezident seçkisində qələbəsini qeyd edir (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.Mehdiyev/

"Bu gün Azərbaycan xalqı qələbə qazandı". Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, hazırkı dövlət başçısı İlham Əliyevin seçkilərdə qələbə qazanması münasibətilə YAP-ın mənzil qərargahı qarşısında keçirilən konsert proqramında çıxışı zamanı partiyanın sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan xalqı gələcəyinə səs verərək İlham Əliyev qalib etdi: "Bununla da Azərbaycan xalqı növbəti inkişaf yolunu seçdi".

Hazırda Azərbaycanın tanınmış müğənnilərinin iştirakı ilə konsert davam edir.

Xatırladaq ki, konsertdən öncə motoyürüş də keçirilib.

Qeyd edək ki, Azərbaycanda prezident seçkilərində "exit-poll" keçirən şirkətlərin hamısının verdiyi açıqlamalarda İlham Əliyevin böyük səs üstünlüyü ilə qalib gəldiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti