...

MSK-nın ilkin nəticəsi: İlham Əliyev 84,94 faiz səs toplayıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 9 Oktyabr 2013 22:17 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, Azərbaycanın hazırkı Prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 84,94 faiz (556 826) səs toplayıb. Trend-in məlumatına görə, bu barədə MSK-nın saytında qeyd olunur.
MSK-nın ilkin nəticəsi: İlham Əliyev 84,94 faiz səs toplayıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir M.Əliyev/

Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin nəticələrinə görə, Azərbaycanın hazırkı Prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev indiyədək hesablanmış bülletenlərə əsasən 84,94 faiz (556 826) səs toplayıb. Trend-in məlumatına görə, bu barədə Komissiyanın saytında qeyd olunur.

MSK-nın ilkin nəticələrinə əsasən, digər prezidentliyə namizədlərin topladığı səslər:

Cəmil Həsənli - 4,10% (26 875 səs)
İqbal Ağazadə 2,29% (15 025 səs)
Qüdrət Həsənquliyev - 2,26% (14 807 səs)
Zahid Oruc - 1,76% (11 527 səs)
İlyas İsmayılov - 1,38% (9 041 səs)
Fərəc Quliyev - 1,01% (6 594 səs)
Araz Əlizadə - 0,94% (6 173 səs)
Hafiz Hacıyev - 0,66% (4 358 səs)
Sərdar Məmmədov - 0,66% (4 294 səs)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti