...

83 yaşlı seçici Zinyət Həsənova səs verib

Siyasət Materials 9 Oktyabr 2013 23:12 (UTC +04:00)
"Mən çox seçkilərdə iştirak etmişəm. İlk dəfədir ki, evimə səsvermə qutusu gətirilir. Bu, ölkəmizdə azad, ədalətli seçkilərin keçirildiyini sübut etməklə yanaşı, həm də seçkilərdə qadınların seçki hüququndan istifadə etmələri üçün hər cür şəraitin yaradıldığını göstərir".
83 yaşlı seçici Zinyət Həsənova səs verib

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

"Mən çox seçkilərdə iştirak etmişəm. İlk dəfədir ki, evimə səsvermə qutusu gətirilir. Bu, ölkəmizdə azad, ədalətli seçkilərin keçirildiyini sübut etməklə yanaşı, həm də seçkilərdə qadınların seçki hüququndan istifadə etmələri üçün hər cür şəraitin yaradıldığını göstərir". Trend-in məlumatına görə, bu sözləri 83 yaşlı seçici Zinyət Həsənova oktyabrın 9-da keçirilən prezident seçkilərində səs verdikdən sonra deyib.

Ağbirçək ana vurğulayıb ki, 90-cı illərdə xalqımızın başına gətirilən müsibətlərdən hamımız, xüsusilə də gənclər dərs götürməlidir. Bu gün xalqımızın tərəqqisi naminə dövlətimiz tərəfindən mühüm işlər görülür. Bütün bu inkişafın əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Əminəm ki, bu inkişaf davam edəcək, xalqımız daha da firavan olacaq.

Prezident seçkiləri ilə əlaqədar ölkə ərazisində səsvermə hüququ olan hər bir Azərbaycan vətəndaşının istədiyi namizədə səs verməsi üçün yüksək şərait yaradılıb. Seçki qanunvericiliyinə müvafiq olaraq, xəstə, hərəkət etməkdə çətinlik çəkən seçicilərlə yanaşı, ahıl seçicilərin də səs verməsi üçün səsvermə qutuları onların evlərinə çatdırılıb. Bu sırada ömrünün ixtiyar çağını yaşayan Z.Həsənova da var. Zinyət nənənin qeydiyyatda olduğu 36 saylı Xətai IV seçki dairəsinin 4 saylı seçki məntəqəsindən onun da evinə səyyar səsvermə qutusu göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti