...

QDİƏT QHT Forumu: Azərbaycandakı seçkilər ən yüksək səviyyədə keçirilib (FOTO)

Siyasət Materials 10 Oktyabr 2013 11:27 (UTC +04:00)
Azərbaycan paytaxtının seçki məntəqələrində səsvermə prosesi kifayət qədər yüksək səviyyədə təşkil edilib.
QDİƏT QHT Forumu: Azərbaycandakı seçkilər ən yüksək səviyyədə keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Azərbaycan paytaxtının seçki məntəqələrində səsvermə prosesi kifayət qədər yüksək səviyyədə təşkil edilib.

Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı brifinqdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının QHT Forumunun Müşahidə Missiyasının rəhbəri İsmayıl Safi deyib.

Safinin sözlərinə görə, seçkilər keçirildiyi zaman hər hansı bir qanun pozuntusuna və ya seçicilərin hüquqlarına xələl gətirən hallara yol verilməyib.

Müşahidə Missiyasının rəhbəri onu da qeyd edib ki, o, Azərbaycanda keçirilən seçkilərdə üçüncü dəfədir müşahidəçi kimi istirak edir.

Qeyd edək ki, dünən Azərbaycanda prezident seçkiləri keçirilib.

Prezident seçkisində 10 namizəd mübarizə aparıb. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə günü seçkilərin yekununa dair keçirdiyi brifinqdə bəyan edib ki, ümumilikdə Azərbaycan seçicilərinin 72,31 faizi səsvermədə iştirak edib. MSK-nın ilkin nəticələrinə görə, Azərbaycanın hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev məntəqələrin 72 faizindən daxil olan protokollara əsasən 84,73 faiz səslə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti