...

Azərbaycan və Braziliya arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub (FOTO)

Siyasət Materials 14 Oktyabr 2013 18:11 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Santyaqo Alsazarı qəbul edib.
Azərbaycan və Braziliya arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Santyaqo Alsazarı qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov S.Alsazarı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə son illər iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunubş və mövcud əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Braziliyalı səfir diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə əminlik ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti