...

BMT-nin baş katibinin gənclər üzrə xüsusi elçisi Bakıya rəsmi səfər edəcək

Siyasət Materials 16 Oktyabr 2013 00:15 (UTC +04:00)
Oktyabrın 21-də Bakıda BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulasiya oyununa (Model United Nations Security Council) start veriləcək.
BMT-nin baş katibinin gənclər üzrə xüsusi elçisi Bakıya rəsmi səfər edəcək

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Oktyabrın 21-də Bakıda BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulasiya oyununa (Model United Nations Security Council) start veriləcək.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Trend-ə verdiyi məlumata görə, oyununun açılış mərasimində iştirak etmək məqsədi ilə BMT-nin baş katibinin gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavinin 19 oktyabr tarixindən etibarən Azərbaycana rəsmi səfəri başlayır.

Simulasiya oyunu çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edəcək 45 gənc beynəlxalq siyasi mövzuları müzakirə edəcək, eyni zamanda Azərbaycan reallıqları ilə daha yaxından tanış olacaqlar.

Tədbirdən öncə elçinin Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə, eyni zamanda Azərbaycan Respublikası Gənclərinin Milli Şurası, "İrəli" gənclər təşkilatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları ilə görüşü nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti