...

Abdullah Gül: BMT TŞ öz təsirini və gücünü itirir

Siyasət Materials 18 Oktyabr 2013 17:38 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurası (TŞ) insanların düşüncəsində öz təsirini və gücünü itirir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Abdullah Gül bildirib.
Abdullah Gül: BMT TŞ öz təsirini və gücünü itirir

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

BMT Təhlükəsizlik Şurası (TŞ) insanların düşüncəsində öz təsirini və gücünü itirir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Abdullah Gül bildirib.

Prezidentin sözlərinə görə, Səudiyyə Ərəbistanının BMT TŞ-dəki yerdən imtina etməsi doğru qərardır və daimi üzvlər bu barədə düşünməlidirlər.

Cümə axşamı tarixi ərzində ilk dəfə BMT TŞ-nin qeyri-daimi üzvü seçilən Səudiyyə Ərəbistanı "ikili standartlar" siyasəti və əsas beynəlxalq problemlərin həll olunmasında TŞ-nin işinin səmərəsizliyi səbəbindən qurumdakı yerindən imtina edib. Bu barədə Səudiyyə Ərəbistanı XİN-in yaydığı bəyanatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti