Azərbaycan, Bakı, 24 oktyabr /Trend/
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.
Təbrikdə deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətləri, habelə Türkmənistan ilə Azərbaycan Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək və möhkəmlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bol həyat eşqi, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
XXX
Yunanıstan Respublikasının Baş naziri Antonis Samarasdan:
"Telefon danışığımızdan sonra istərdim ki, prezident seçkilərində parlaq qələbəniz münasibətilə bir daha Sizi səmimi qəlbdən təbrik edim.
Böyük məmnuniyyətlə qeyd edirəm ki, qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan ikitərəfli əlaqələrimiz Sizin prezidentliyiniz dövründə yeni mərhələyə qədəm qoymuşdur. Bu ilin əvvəlində Azərbaycana səfərim zamanı xüsusilə enerji və investisiya qoyuluşu sahələrində çoxtərəfli əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı ümumi siyasi iradəmizin ifadə edilməsi imkanımız oldu. Bu kontekstdə mən bir daha təkrar edirəm ki, "Şahdəniz" konsorsiumunun Trans-Adriatik (TAP) qaz kəməri layihəsinin seçimi ilə bağlı bu yaxınlarda verdiyi qərar ölkələrimiz arasında strateji tərəfdaşlığın qurulması istiqamətində çox vacib addımdır.
Sizi əmin edirəm ki, Yunanıstan həm ikitərəfli qaydada, həm də Avropa İttifaqının üzvü kimi ölkələrimizin və xalqlarımızın mənafeyi naminə əlaqələrimizin dərinləşdirilməsi istiqamətində işi davam etdirəcəkdir.
Fürsətdən istifadə edərək dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.
Zati-aliləri, ən dərin ehtiramımı qəbul edin".
XXX
Malayziyanın Baş naziri Dato Sri Mohd Najibdən:
"Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu seçkilərin nəticələri Azərbaycan xalqının Zati-alinizin rəhbərliyinə inam və etibarının göstəricisidir. Əminəm ki, Azərbaycan dövləti və xalqınız Sizin müdrik rəhbərliyiniz altında sülh və firavanlıq içində yaşamağa davam edəcəkdir.
Səmimi qəlbdən inanıram ki, qarşıdakı illərdə Azərbaycan ilə Malayziya arasında mövcud ikitərəfli əlaqələrin daha da genişləndirilməsi və gücləndirilməsi naminə sıx əməkdaşlığımız davam edəcəkdir.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramlarımı qəbul edəsiniz".
XXX
Rumıniyanın sabiq Baş naziri, senator, Mərkəz-Sağ Vətəndaş Təşəbbüsünün təsisçisi və rəhbəri Mihay Razvan Unqureanudan:
"Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizi sevinclə qarşıladım. Seçkilərdə əldə etdiyiniz parlaq qələbə münasibətilə Sizi təbrik edirəm. Bu qələbə Azərbaycan xalqının ölkənizin gələcəyinə siyasi baxışlarınıza göstərdiyi etimadın təsdiqidir.
Sizə ölkənizin mənafeyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram. Azərbaycan və Rumıniya uzunmüddətli iqtisadi, mədəni və siyasi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdan faydalanıb. İnanıram ki, Sizin rəhbərliyinizlə bu əlaqələr daha da inkişaf edəcək və biz əməkdaşlığımızı ortaq maraqlarımız üzərində davam etdirəcəyik. Ümidvaram ki, qarşıdakı illərdə də Sizinlə uğurla əməkdaşlıq edəcəyik.
Zati-aliləri, siyasi fəaliyyətinizdə və növbəti prezidentlik dövründə Sizə müvəffəqiyyətlər arzu edirəm".
XXX
Olqa Mstislavovna Rostropoviçdən:
"Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.
Bu hadisə münasibətilə biz bütün Azərbaycan xalqını - Sizin sayənizdə və əlbəttə, atanız Heydər Əliyevin sayəsində dünyanın nüfuzlu və firavan dövlətlərindən birinə çevrilmiş ölkənin xalqını təbrik edirik.
Ölkələrimiz arasında tarix boyu həqiqətən səmimi dostluq münasibətləri olmuşdur və əminik ki, həmişə belə olacaqdır. Azərbaycan ən gözəl ölkələrdən biridir. Buraya bir dəfə gələnlər dönə-dönə gəlmək istəyirlər və çox əlamətdar haldır ki, burada ənənələr xüsusi diqqətlə qorunub saxlanılır, incəsənət tərəqqi edir.
Azərbaycanın bütün vətəndaşlarının rifahı naminə fəaliyyətinizdə Sizə və ailənizə uzun ömür, xoşbəxtlik arzulayırıq.
Hörmətli İlham Heydər oğlu, Moskvaya səfərlərinizin birində bizim Opera İfaçılığı Mərkəzinin fəxri qonağı olsanız, bunu özümüz üçün şərəf və xoşbəxtlik hesab edərik.
Qalina Vişnevskayanın Opera İfaçılığı Mərkəzinin və Mstislav Rostropoviç Fondunun bütün kollektivi adından dərin hörmətlə..."
XXX
"KAZENERGY" Assosiasiyasının sədri Timur Kulibayevdən:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən gələn səmimi təbriklərimi qəbul edin.
Çoxsaylı yerli və xarici müşahidəçilər Azərbaycanda prezident seçkilərinin demokratik, şəffaf və beynəlxalq normalara uyğun keçirildiyini yüksək qiymətləndirmişlər. Bu elektoral kampaniya həqiqətən Azərbaycanda tamamilə dinc və şəffaf şəraitdə keçmişdir.
Seçkilərdə Sizin inamlı qələbəniz çox ruhlandırıcıdır. Seçicilərin 85 faizə qədərinin Sizə səs verməsi Azərbaycan xalqının öz liderinə yekdil inamının təsdiqidir.
Azərbaycan vətəndaşları öz ölkəsi üçün sabitlik və inkişaf yolu seçmişlər. Respublikada real uğurlar məhz son on ildə, Sizin prezidentliyiniz dövründə qazanılmışdır. İqtisadiyyatın bütün sektorlarında baş verən dinamik dəyişikliklər əhalinin rifah səviyyəsini xeyli yüksəltməyə imkan vermişdir. Yeni iş yerləri açılır, yoxsulluğun və işsizliyin səviyyəsi dəfələrlə azalmışdır. Azərbaycan Cənubi Qafqaz regionunun hamı tərəfindən qəbul edilmiş iqtisadi və siyasi liderinə çevrilmişdir. Dünyanın aparıcı dövlətləri Sizin ölkənin fikri ilə hesablaşır.
Müasir Azərbaycanın bütün bu nailiyyətlərində mən Sizin əhəmiyyətli rolunuzu və xidmətinizi görürəm. Siz atanız möhtərəm Heydər Əliyevin böyük işinin layiqli davamçısısınız. Bu gün Siz Azərbaycan xalqı tərəfindən qəbul edilmiş, ölkəni tərəqqinin yeni zirvələrinə aparmağa, onu daha da inkişaf etdirməyə qadir olan lidersiniz.
Əziz İlham Heydər oğlu, Sizi və bütün Azərbaycan xalqını bu əlamətdar qələbə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Mənim təbriklərimi xanımınıza, Mehriban Arif qızına da çatdırmağınızı xahiş edirəm.
Sizə müvəffəqiyyət, cansağlığı, dövlətin inkişafı ilə bağlı qarşınızda duran bütün vəzifələri uğurla həyata keçirməyiniz üçün güc və enerji diləyirəm".
XXX
Rusiya Federasiyasının Xalq Artisti Yuri Lyubimovdan:
"İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim.
Sizin səyləriniz sayəsində çiçəklənən ölkəyə çevrilmiş Azərbaycan ən yüksək ehtirama layiqdir. Bu gün dünyanın bütün guşələrindən gələn insanlar Sizin ölkənizlə və onun mədəniyyəti ilə tanış olmağa çalışır. Əminəm ki, Sizin güclü rəhbərliyinizlə Azərbaycan daha yüksək rifaha nail olacaqdır.
Xalqınıza və ailənizə səmimi qəlbdən əmin-amanlıq və firavanlıq arzulayıram".
XXX
Nyu-Meksiko ştatının Nümayəndələr Palatasının üzvü Debbi Rodelladan:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsində növbəti mühüm bir mərhələ münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Demokratik prosesin vacib hissəsi olan ümumxalq seçkiləri seçicilərə seçim təklif edir.
Mən bir amerikalı kimi Azərbaycanın ABŞ-ın Əfqanıstan, İraq və Kosovodakı sülhyaratma əməliyyatlarına mühüm töhfələrini yüksək qiymətləndirirəm. Bu, bizim ümumi səylərimizin yalnız bir nümunəsidir. Biz Azərbaycan ilə tərəfdaşlığımızın davamlı olacağına ümid edirik.
Cənab Prezident, Azərbaycanın dostu olaraq ölkənizi inkişaf etdirmək səylərinizdə Sizə uğurlar və xalqınıza rifah arzulayıram".
XXX
Beynəlxalq Olimpiya Akademiyasının prezidenti Isidoros Kouvelosdan:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Əminəm ki, Sizin qələbəniz zəngin tarixə və sivilizasiyaya malik olan Azərbaycanda demokratiya institutlarının fəaliyyətini gücləndirəcəkdir.
Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə davamlı uğurlar arzu edirəm.
Beynəlxalq Olimpiya Akademiyası və şəxsən mən əməkdaşlığımızın inkişaf edəcəyinə ümidvarıq.
Sizə bir daha səmimi təbriklərimi və ən yüksək ehtiramımı çatdırıram".
XXX
ABŞ Konqresinin üzvü Lyuk Messerdən:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram.
Əminəm ki, seçkilərdəki qələbəniz hər bir azərbaycanlının şəxsi, siyasi və iqtisadi azadlıqlarının genişləndirilməsi istiqamətində uğurlu fəaliyyətinizin təsdiqidir.
1997-ci ildə təməli qoyulan Azərbaycan-ABŞ diplomatik əlaqələri mədəni, iqtisadi və strateji sahələrdə inkişaf edərək hər iki ölkənin xalqları üçün geniş imkanlar yaratmışdır. Sizin yenidən Prezident seçilməyiniz ABŞ ilə Azərbaycan arasında insan hüquqları, demokratik institutların inkişafı, iqtisadi tərəqqi, terrorizmə qarşı mübarizə və regional təhlükəsizlik kimi sahələrdə əməkdaşlığı genişləndirəcəkdir.
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin və ABŞ Konqresində Azərbaycan-ABŞ dostluq qrupunun üzvü kimi Sizinlə və hökumətinizlə dövlətlərimiz arasında əlaqələri genişləndirmək üçün birlikdə çalışmağa ümid edirəm".
XXX
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyndən:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq duyuram. Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə dost Azərbaycan xalqı inkişaf və tərəqqi yolunda irəliləməyə davam edəcəkdir.
Pakistan ilə Azərbaycan arasında möhkəm dostluq münasibətləri mövcuddur. Yüksək səviyyəli ikitərəfli əlaqələr xalqlarımızın ümumi ümidlərini və arzularını əks etdirir. Əminəm ki, ölkələrimiz arasındakı sıx dostluq əlaqələri gələcəkdə müxtəlif sahələrdə daha da möhkəmlənəcəkdir.
Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı, dost Azərbaycan xalqına isə davamlı inkişaf arzularımı çatdırıram.
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".
XXX
Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçdən:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim.
Əminəm ki, biz növbəti illərdə də xüsusilə iqtisadiyyat və mədəniyyət sahələrində xalqlarımız və dövlətlərimiz arasında güclü əlaqələri, əməkdaşlığı daha da inkişaf etdirəcəyik.
Cənab Prezident, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".
XXX
Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzaidən:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə şəxsən öz adımdan və Əfqanıstan İslam Respublikasının bütün xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq hissi duyuram.
Yenidən Prezident seçilməyiniz dost və qardaş Azərbaycan xalqının Sizin həyata keçirdiyiniz siyasətə olan etimadının və inamının təsdiqidir.
Əminəm ki, dost və qardaş Azərbaycan xalqı Sizin rəhbərliyinizlə yüksək inkişaf və tərəqqiyə nail olacaqdır. Əfqanıstan İslam Respublikası və Azərbaycan Respublikası arasında olan əlaqələr isə daha da inkişaf edəcəkdir.
Zati-aliləri, Sizi bir daha parlaq qələbəniz münasibətilə ürəkdən təbrik edirəm və Allahdan Sizə cansağlığı, Azərbaycan xalqına səadət və tərəqqi diləyirəm".
XXX
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikadan:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə xalqınızın xoşbəxtliyi və rifahı naminə ali dövləti vəzifənizdə müvəffəqiyyətlər arzu edirəm.
Ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi üçün Sizinlə birlikdə çalışmağa tam hazır olduğumu bir daha bildirmək istəyirəm.
Hörmətli Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".