...

Saakaşvili postundan gedəndən sonra ölkəni tərk etmək fikrində deyil

Siyasət Materials 27 Oktyabr 2013 14:04 (UTC +04:00)
Gürcüstan pezidenti Mixail Saakaşvili postundan gedəndən sonra ölkəni tərk etmək fikrində deyil. Trend-in məlumatına görə, bunu prezident Anakliyada jurnalistlərlə söhbəti zamanı bildirib.
Saakaşvili postundan gedəndən sonra ölkəni tərk etmək fikrində deyil

Gürcüstan, Tbilisi, 27 oktyabr /Trend, müxbir N. Kirtsxaliya/

Gürcüstan pezidenti Mixail Saakaşvili postundan gedəndən sonra ölkəni tərk etmək fikrində deyil. Trend-in məlumatına görə, bunu prezident Anakliyada jurnalistlərlə söhbəti zamanı bildirib.

Onun sözlərinə görə, heç kəs ona ölkəni tərk etmək və ya etməmək haqqında göstəriş verə bilməz. Lakin o, harasa getmək fikrində də deyil.

Prezident deyib ki, bu günkü səsvermə ilə bağlı onda indormasiya yoxdur. Çünki səhərdən o, Anakliyadadır.

Qeyd edək ki, Gürcüstanda məntəqələr saat 08:00-da açılıb, 20:00-da bağlanacaq.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Gürcüstan ərazisində seçkilərdə iştirak edə biləcək seçicilərin sayı 3 537 719 milyon nəfər təşkil edir. Ölkədə 3 655 seçki məntəqəsi və 34 əlavə xüsusi məntəqə açılacaq.

Gürcüstandan kənarda 50 seçki məntəqəsi fəaliyyət göstərəcək. Burada xidməti işləri üzrə xaricdə yaşayan və olan Gürcüstanın 48 458 vətəndaşı səs verə biləcək.

Prezidentliyə namizədlər qismində 23 nəfər rəsmən qeydə alınıb. Prezidentliyə namizədlər qismində - "Gürcü arzusu" hakim koalisiyasının nümayəndəsi Georgi Marqvelaşvili, parlamentin sabiq spikeri Nino Burcanadze, keçmiş hakim partiya olan Vahid Milli Hərəkatın namizədi David Bakradze və digərləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti