...

Türkiyə XİN rəhbəri noyabrın 18-də ABŞ-a səfər edəcək

Siyasət Materials 30 Oktyabr 2013 05:13 (UTC +04:00)
Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu noyabrın 18-də ABŞ-ın dövlət katibi Con Kerrinin dəvətilə ikitərəfli və regional məsələləri müzakirə etmək üçün bu ölkəyə səfər edəcək. Bu barədə Trend Today's Zaman qəzetinə istinadən məlumat yayıb.
Türkiyə XİN rəhbəri noyabrın 18-də ABŞ-a səfər edəcək

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu noyabrın 18-də ABŞ-ın dövlət katibi Con Kerrinin dəvətilə ikitərəfli və regional məsələləri müzakirə etmək üçün bu ölkəyə səfər edəcək. Bu barədə Trend Today's Zaman qəzetinə istinadən məlumat yayıb.

Səfər zamanı Davudoğlu Ağ Evdə, Dövlət Departamentində və Senatda yüksək çinli rəsmilərlə görüşlər keçirəcək.

Tərəflər ikitərəfli və regional məsələləri, həmçinin, Suriya, İran, İraq və Əfqanıstan məsələlərini müzakirə edəcək.

Məlumatda deyilir ki, Davudoğlunun ABŞ-a səfəri 1 və ya 2 gün davam edəcək.

Bununla yanaşı, səfər çərçivəsində Davudoğlu ilə Kerri arasında uzaq mənzilli raketlərin istehsalı üzrə Çinlə imzalanmış müqavilə də müzakirə obyekti olacaq.

Xəbər lenti

Xəbər lenti