...

Bu ilin 10 ayında Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsait açıqlanıb

Siyasət Materials 1 Noyabr 2013 12:00 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsait 10 ay ərzində 47 586 569 AZN təşkil edib ki, bu da ötən ayla müqayisədə 1,2 mln. manat və 2,6 faiz çox deməkdir. Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bu ilin 10 ayında Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsait açıqlanıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsait 10 ay ərzində 47 586 569 AZN təşkil edib ki, bu da ötən ayla müqayisədə 1,2 mln. manat və 2,6 faiz çox deməkdir. Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Noyabrın 1-i tarixinə fondun bank hesabına toplanmış vəsait 47 586 569 manat, 211 791 ABŞ dolları, 593 Avro təşkil edib.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti