...

Elşad İskəndərov: Multikulturalizmin nikbin gələcəyi onun irəliləyişinə əsaslanır

Siyasət Materials 1 Noyabr 2013 12:55 (UTC +04:00)
Multikultiralizmin nikbin gələcəyi onun irəliləyişinə əsaslanır.
Elşad İskəndərov: Multikulturalizmin nikbin gələcəyi onun irəliləyişinə əsaslanır

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir V. Javoronkova/

Multikulturalizmin nikbin gələcəyi onun irəliləyişinə əsaslanır.

Trend-in məlumatına görə, bunu cümə günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında" mövzusunda təşkil edilmiş dəyirmi masada çıxışı zamanı deyib:

"Müasir dövrdə hamımız gözləyirik ki, multikulturalizmin nikbin gələcəyi onun irəliləyişinə əsaslanacaq və əlbəttə ki, harada bu irəliləyiş yoxdursa, münaqişələrin mənfi nümunələrinin şahidi oluruq".

Onun sözlərinə görə, bu yaxınlarda bütün dünyada, xüsusilə Avropada baş vermiş presedentlər dinlərin müxtəlifliyinə qarşı olan dilemmanın ciddiliyini göstərir: "Bizim dövlət institutlarımız bu məsələdə mənəvi hissiyat nümayiş etdirməyə hazır olmalıdırlar".

E. İskəndərov bildirib ki, zorakılıqdan uzaqlaşmaq vasitəsi qismində olan dözümlülük konsepsiyası da bizim üçün qəbuledilməzdir. Hörmət və qarşılıqlı hörmət konsepsiyası Azərbaycanda baş verənlərin bir parçasıdır".

Oktyabrın 31-dən noyabrın 1-dək Heydər Əliyev Mərkəzində III Bakı Beynəlxalq Humanitar Forumu keçirilir. III Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 70-dən çox ölkəsindən rəsmi şəxslər, sabiq prezidentlər, tanınmış elm, mədəniyyət xadimləri, Nobel mükafatı laureatları iştirak edirlər.

İki gün davam edəcək Forumda səkkiz sahə üzrə "dəyirmi masa"lar təşkil ediləcək: "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları", "İqtisadi inkişafın humanitar aspektləri", "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi", "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında", "Postmodern dövrdə milli özünüdərk", "Davamlı inkişaf və ekoloji sivilizasiya", "Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə", "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri".

Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti