...

Con Kerri İranın xarici işlər naziri ilə görüşəcək

Siyasət Materials 8 Noyabr 2013 08:03 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Con Kerri bu gün Cenevrəyə planlaşdırılmamış səfərə yola düşəcək.
Con Kerri İranın xarici işlər naziri ilə görüşəcək

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

ABŞ-ın dövlət katibi Con Kerri bu gün Cenevrəyə planlaşdırılmamış səfərə yola düşəcək. Trend-in məlumatına görə, bu barədə RİA Novosti NBC telekanalına istinadən xəbər verir.

C.Kerri Cenevrədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək.

Məlumata görə, dövlət katibinin Cenevrəyə "altılıq"la İran arasında danışıqların aparıldığı bir vaxtda gəlişi onu göstərir ki, Vaşinqton və Tehran 35 il ərzində ilk dəfə nüvə problemi üzrə razılıq əldə edə bilərlər.

Qeyd edək ki, noyabrın 7-də Cenevrdə "P5+1" ölkələri (Rusiya, Çin, Fransa, ABŞ, Böyük Britaniya, Almaniya) illə İran arasında nüvə proqramı üzrə danışıqların növbəti mərhələsi başlayıb.

Xəbər lenti

Xəbər lenti