...

Fransa XİN: İran nüvə proqramı ilə bağlı şübhələri aradan qaldırmalıdır

Siyasət Materials 8 Noyabr 2013 15:27 (UTC +04:00)
Fransanın xarici işlər naziri Loran Fabius bəyan edib ki, İran öz nüvə proqramı ilə bağlı dünya ictimaiyyətində yaranmış şübhələri aradan qaldırmalıdır.
Fransa XİN: İran nüvə proqramı ilə bağlı şübhələri aradan qaldırmalıdır

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Fransanın xarici işlər naziri Loran Fabius bəyan edib ki, İran öz nüvə proqramı ilə bağlı dünya ictimaiyyətində yaranmış şübhələri aradan qaldırmalıdır.

Trend-in cümə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, L.Fabius Cenevrədə İran və "altılıq" ölkələri arasında keçirilən danışıqlara qoşularkən deyib: "Biz dünya ictimaiyyətinin İranın nüvə proqramı ilə bağlı şübhələrinə dəqiq cavab verə biləcək saziş istəyirik".

Nazir danışıqlarda irəliləyişin olduğunu qeyd etsə də, hələ heç nəyin həll edilmədiyini vurğulayıb.

Hazırda Cenevrədə beynəlxalq vasitəçilərdən ibarət "altılıq" (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) ölkələrinin İranın nüvə problemi üzrə danışıqlarının növbəti raundu keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti