...

Liviya ordusu Benqazidə təhlükəsizliyi təmin etmək üçün şəhərə böyük güc yeridir

Siyasət Materials 9 Noyabr 2013 02:15 (UTC +04:00)
Liviya ordusu cümə günü ölkənin şərqindəki Benqazi şəhərinin təhlükəsizliyi təmin etmək və vətəndaşları cinayətkar dəstələrdən qorumaq üçün qoşun bölmələrinin yeridilməsi üzrə əməliyyata başlayıb.
Liviya ordusu Benqazidə təhlükəsizliyi təmin etmək üçün şəhərə böyük güc yeridir

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Liviya ordusu cümə günü ölkənin şərqindəki Benqazi şəhərinin təhlükəsizliyi təmin etmək və vətəndaşları cinayətkar dəstələrdən qorumaq üçün qoşun bölmələrinin yeridilməsi üzrə əməliyyata başlayıb. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə "Əl-Həyat" xəbər portalı məlumat verir.

Kirenaika əyalətinin paytaxtı Benqaziyə qoşun yeritmək üzrə əməliyyatda 10 min nəfərlik hərbi kontingent cəlb olunub. Portal həmçinin yazır ki, şəhər üzərində hərbi təyyarələr patrul keşiyi çəkir.

Bundan öncə KİV-lər məlumat verib ki, son vaxtlar Benqazini cinayətkar qruplar tərəfindən törədilən qətl və adam oğurluğu dalğası bürümüşdür. Quldurların əlindən daha 100 nəfər ordu zabiti, polis, təhlükəsizlik xidməti və mülki şəxs həlak olub. Benqazi sakinləri şəhərdə təhlükəsizliyi təmin etmək və cinayətkarları cəzalandırmaq tələbi ilə hakimiyyətə dəfələrlə müraciət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti