...

Moskvada MDB müdafiə nazirlərinin iclası keçiriləcək

Siyasət Materials 20 Noyabr 2013 11:14 (UTC +04:00)
Noyabrın 21-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının (MNŞ) 65-ci iclası keçiriləcək. Trend xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir.
Moskvada MDB müdafiə nazirlərinin iclası keçiriləcək

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Noyabrın 21-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının (MNŞ) 65-ci iclası keçiriləcək. Trend xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir.

İclasda MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev iştirak edəcək.

MDB MNŞ-nin işində Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və Ukraynanın müdafiə idarələrinin nümayəndə heyətlərinin iştirakı gözlənilir.

İclasın gündəliyinə uyğun olaraq, iştirakçılar MDB ölkələrinin Müdafiə nazirliklərinin hərbi əməkdaşlığı ilə bağlı 20-dən artıq məsələyə baxacaqlar.

2013-cü ildə Şuranın işçi orqanlarının fəaliyyətinin nəticələrinin, coğrafi məkanla bağlı məlumatların operativ mübadiləsi sahəsində əməkdaşlıq məsələlərinin, silahlı qüvvələrdə dövlət tanıma sistemi vasitələrinin tətbiqinin yoxlanılması, aviasiya texnikasının nasazlıqları haqqında informasiyanın toplanması və mübadiləsi qaydaları, mühəndis silahlandırma vasitələrinin modernləşdirilməsi və təmiri, onların ehtiyat hissələrinin çatdırılması məsələlərində qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsi planlaşdırılır.

Həmçinin MDB iştirakçısı olan dövlətlərin Müdafiə nazirliklərinin Birləşdirilmiş radiasiya, kimyəvi və bioloji vəziyyətlərin qiymətləndirilməsinin nəzarət sisteminin yaradılması problemlərinə, operativ və döyüş hazırlığı üzrə birgə tədbirlərin hidrometeoroloji təminatı, həmçinin Birlik ölkələrinin Müdafiə nazirliklərinin və təhlükəsizlik orqanlarının xüsusi xidmətlərinin terrorçuluğa qarşı fəaliyyət sahəsində mütəxəssislərin hazırlığı və ixtisaslarının artırılmasının təşkilində qarşılıqlı fəaliyyətinə baxılacaq.

Bundan başqa, müdafiə nazirləri MDB dövlətlərinin Müdafiə nazirliklərinin ən yüksək hərbi təlim müəssisələrinin kursantlarının olimpiadasının keçirilməsi, 2014-cü ildə Müstəqil Dövlətlər Birliyinin dost ordularının XI spartakiadası çərçivəsində idman növləri üzrə çempionatların keçirilməsi, MDB-nin beynəlxalq təhlükəsizlik üzrə Treninq Mərkəzinin təşkili məsələlərini müzakirə edəcəklər.

2014-cü ildə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin birləşdirilmiş hava hücumundan müdafiə sisteminin birgə tədbirlərinin keçirilməsi nəzərdə tutulacaq.

İclasda bir sıra maliyyə, kadr və prosedur məsələlər üzrə qərarların qəbul edilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti