...

Azərbaycan Beyrutda iranlı diplomatın ölümünə səbəb olan terror aktını pisləyir

Siyasət Materials 20 Noyabr 2013 17:44 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranın Liviyanın paytaxtı Beyrutdakı səfirliyi yaxınlığında baş vermiş terror aktı nəticəsində iranlı diplomatın və səfirliyin əməkdaşının ailə üzvlərinin ölməsi haqqında xəbərdən məyus olub.
Azərbaycan Beyrutda iranlı diplomatın ölümünə səbəb olan terror aktını pisləyir

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranın Liviyanın paytaxtı Beyrutdakı səfirliyi yaxınlığında baş vermiş terror aktı nəticəsində iranlı diplomatın və səfirliyin əməkdaşının ailə üzvlərinin ölməsi haqqında xəbərdən məyus olub.

Bu barədə çərşənbə günü Trend-ə XİN-in mətbuat katibi Elman Abdullayev Livanda baş vermiş terror aktı xəbərini şərh edərkən deyib:

"Biz ölənlərin yaxınlarına və qohumlarına, həmçinin bütün İran xalqına başsağlığı verir, həmişə olduğu kimi, terrorun bütün formalarını və təzahürlərini qınayırıq".

E.Abdullayev qeyd edib ki, bütün dünya ictimaiyyəti bilir ki, Azərbaycan terrozimlə mübarizədə ön sıralardadır.

Xatırladaq ki, çərşənbə axşamı Beyrutdakı terror aktı 23 nəfərin həyatına son qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti