...

Azərbaycan və Yunanıstanın parlamentlərarası əlaqələri müzakirə olunacaq

Siyasət Materials 23 Noyabr 2013 14:18 (UTC +04:00)
Trend Milli Məclisin saytına istinadən xəbər verir ki, səfər Yunanıstan parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Dimitris Kiriazidisin dəvəti ilə həyata keçirilir.
Azərbaycan və Yunanıstanın parlamentlərarası əlaqələri müzakirə olunacaq

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, Yunanıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hadi Rəcəbli, deputatlar Azər Badamov, Hüseynbala Mirələmov, Nazim Fərəcov və İqbal Məmmədov noyabrın 24-də Afinaya səfər edəcəklər.

Trend Milli Məclisin saytına istinadən xəbər verir ki, səfər Yunanıstan parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Dimitris Kiriazidisin dəvəti ilə həyata keçirilir.

Səfər zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri bu ölkənin qanunvericilik orqanının strukturu, fəaliyyəti, deputatların iş şəraiti ilə yaxından tanış olacaq, həmkarları ilə bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafı və digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparacaqlar.

Səfər noyabrın 27-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti