Türkiyənin Misirdəki səfiri İstanbula qayıtdı

Siyasət Xəbər 28 Noyabr 2013 09:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Ankaranın Qahirədəki səfiri Hüseyn Avni Botsalı vətənə qayıdıb.

Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Hüseyn Avni Botsalı yerli vaxtla 23:40-da İstanbul Hava Limanına gəlib. Xanımı İnci Botsalı tərəfindən qarşılanan səfir jurnalistlərlə görüşmədən hava limanından ayrılıb.

Qeyd edək ki, Misir Xarici İşlər Nazirliyi noyabrın 23-də Türkiyə ilə diplomatik münasibətlərin səviyyəsinin minimuma endirilməsi və Ankaranın Qahirədəki səfirinin Misiri tərk etməsi barədə qərar qəbul etmişdi.

Türkiyə XİN də həmin gün Türkiyə-Misir münasibətlərinin səviyyəsinin aşağı salındığını və Qahirənin Ankaradakı səfiri Əbdürrəhman Səlahəddinin "arzuolunmaz şəxs" elan olunduğunu bəyan etmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti