...

Britaniyanın Aİ-də üzvlüyünə dair referendum üzrə qanun layihəsi Lordlar Palatasına təqdim edilib

Siyasət Materials 29 Noyabr 2013 19:29 (UTC +04:00)
Noyabrın 29-da Böyük Britaniya parlamentinin İcmalar Palatası ölkənin Avropa İttifaqında (Aİ) üzvlüyü haqqında referendumun 2017-ci ildə keçirilməsini nəzərdə tutan qanun layihəsini təsdiq edib.
Britaniyanın Aİ-də üzvlüyünə dair referendum üzrə qanun layihəsi Lordlar Palatasına təqdim edilib

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Noyabrın 29-da Böyük Britaniya parlamentinin İcmalar Palatası ölkənin Avropa İttifaqında (Aİ) üzvlüyü haqqında referendumun 2017-ci ildə keçirilməsini nəzərdə tutan qanun layihəsini təsdiq edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu, palatada qanun layihəsi üzrə sonuncu səsvermə olub.

Hazırda isə layihə baxılması üçün Lordlar Palatasına təqdim edilir. Lordlar Palatası isə öz növbəsində, sənədi gələn ilin başlanğıcından tez müzakirə etməyəcək.

Leyboristlər və liberal-demokratlar qanun layihəsinin əleyhinə çıxış ediblər. Mühafizəkarlar isə hesab edirlər ki, yalnız Böyük Britaniya vətəndaşları ölkənin Aİ-nin tərkibində qalıb-qalmayacağını müəyyənləşdirməlidirlər.

Mühafizəkarlar Partiyasının nümayəndəsi Ceyms Uorton səsvermədən öncə bildirib ki, bu vacib qanun Britaniyanın Aİ-də gələcəyini müəyyənləşdirmək yolunda bir addımdır.

Qeyd edək ki, referendum haqqında qanun layihəsi mühafizəkarlar tərəfindən bu ilin mayında təqdim edilmişdi. Siyasətçilərin fikrincə, mühafizəkarlar 2015-ci il seçkilərində qələbə qazanacağı təqdirdə, səsvermə 2017-ci ilin sonunda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti