...

Azərbaycan XİN rəhbəri ATƏT PA-nın prezidenti ilə görüşüb

Siyasət Materials 5 Dekabr 2013 18:23 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 20-ci iclasında iştirak etmək üçün Ukraynaya səfəri çərçivəsində ATƏT-in Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçlə görüşüb.
Azərbaycan XİN rəhbəri ATƏT PA-nın prezidenti ilə görüşüb

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 20-ci iclasında iştirak etmək üçün Ukraynaya səfəri çərçivəsində ATƏT-in Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçlə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş əsnasında Azərbaycanla ATƏT PA arasında əməkdaşlıq və parlament diplomatiyasının əhəmiyyəti qeyd olunaraq, 2014-cü ilin iyun ayında ATƏT Parlament Assambleyasının illik sessiyasının Bakıda keçirilməsi və bundan irəli gələn məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti