...

Türkiyə və Aİ readmissiya haqında saziş imzalayıblar

Siyasət Materials 16 Dekabr 2013 12:46 (UTC +04:00)
Bazar ertəsi Türkiyə və Avropa İttifaqı readmissiya haqqında saziş imzalayıblar. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi TRT telekanalı xəbər verib.
Türkiyə və Aİ readmissiya haqında saziş imzalayıblar

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Bazar ertəsi Türkiyə və Avropa İttifaqı readmissiya haqında saziş imzalayıblar. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi TRT telekanalı xəbər verib.

Məlumata görə, readmissiya haqqında saziş Avropa İttifaqı ölkələrinə onun ərazisi vasitəsilə qanunsuz yolla gələn üçüncü ölkə vətəndaşlarının Türkiyə tərəfindən qəbul edilməsini nəzərdə tutur.

Telekanalın məlumatına görə, sazişin imzalanmasından 3,5 il keçdikdən sonra Türkiyə vətəndaşları Aİ ölkələrinə vizasız getmək hüququ qazanacaqlar.

İmzalanma mərasimində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Əhməd Davudoğlu, Aİ işləri üzrə nazir Egemen Baxış və Aİ-nin daxili işlər üzrə komissarı Sesiliya Malmstrem iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti