...

Azay Quliyev bir sıra Avropa QHT-lərinin rəhbərləri ilə görüşüb

Siyasət Materials 16 Dekabr 2013 16:54 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bu gün Belçikanın paytaxtı Brüssel şəhərində Avropa ölkələrinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirib.
Azay Quliyev bir sıra Avropa QHT-lərinin rəhbərləri ilə görüşüb

Belçika, Brüssel, 16 dekabr /Trend, müxbir S.Mikayılova/

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bu gün Belçikanın paytaxtı Brüssel şəhərində Avropa ölkələrinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirib.

Trend-in məlumatına görə, A.Quliyev əvvəlcə Avropa Geosiyasi Forumunun direktoru Marat Terterovla görüşüb. Görüşdə qloballaşan dünyada vətəndaş cəmiyyətinin mahiyyəti barədə müzakirələr aparılıb. Qeyd olunub ki, dünya xalqlarının yaxınlaşmasında vətəndaş cəmiyyəti təşkilatları daha aktiv fəaliyyət göstərməlidirlər.

Sonra millət vəkili Yunanıstanın "Aegeon Police" təşkilatının rəhbəri Mariana Qibare görüşüb. Müzakirələr zamanı QHT-lərin rolu və fəaliyyətinin cəmiyyət üçün vacibliyi vurğulanıb. Bildirilib ki, qlobal problemlərin müəyyən olunması, həmin problemlərin həlli və bu işin həyata keçirilməsində vətəndaş cəmiyyəti strukturlarının xüsusi rolu var.

Bundan əlavə, A.Quliyev "Ceceforms" təşkilatının İdarə Hyətinin üzvü ilə görüş keçirib. Görüşdə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, QHT-lərin ikitərəfli əməkdaşlığı inkişaf etdirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti