...

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib

Siyasət Materials 16 Dekabr 2013 20:30 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul etmişdir.
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul etmişdir.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olundu, Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri qlobal iqtisadi layihələrin önəmi qeyd edildi, dekabrın 17-də "Şahdəniz -2" üzrə yekun investisiya qərarının imzalanmasına həsr olunan tədbirin əlaqələrimizin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.

Söhbət zamanı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla icra olunduğu bildirildi, enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti