...

Türkiyədə xüsusi əməliyyat nəticəsində saxlanılanların sayı 47 nəfərə çatıb

Siyasət Materials 17 Dekabr 2013 20:26 (UTC +04:00)
Türkiyə polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanıların sayı 47 nəfərə çatıb.
Türkiyədə xüsusi əməliyyat nəticəsində saxlanılanların sayı 47 nəfərə çatıb

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Türkiyə polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanıların sayı 47 nəfərə çatıb.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, saxlanılanların sayı 47 nəfərə çatıb, həmçinin daha 7 nəfərin saxlanılması barədə qərar çıxarılıb.

Qeyd edək ki, saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladlarının - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan və daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan və tanınmış iş adamı Əli Ağaoğlu da var.

Məlumata əsasən, iş adamlarının həbsinə səbəb korrupsiya, qaçaqmalçılıq, narkotik maddələrin satışı və rüşvət ilə bağlı ittihamlar olub.

Hadisə ilə bağlı açıqlama verən İstanbul valisi Hüseyn Avnı Mutlu bildirib ki, qaçaqmalçılıq, narkotik maddələrin satışı ilə bağlı şikayət əsasında bəzi iş adamları polis şöbəsinə çağırılıb və onlardan bəziləri həbs edilib, bəziləri isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti