...

Avropalı parlamentari: TAP Avropanın enerji asılılığının həllində mühüm rol oynayacaq

Siyasət Materials 18 Dekabr 2013 16:41 (UTC +04:00)
Trans-Adriatik qaz kəməri (TAP) Avropanın enerji asılılığının həllində mühüm rol oynayacaq. Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, bunu Avropa Parlamentinin Sosialistlər və Proqressiv Demokratlar Alyansının üzvü, Slovakiyadan olan deputat xanım Katarina Nevedalova Cəmiyyətin Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa dair suallarını cavablandırarkən deyib.
Avropalı parlamentari: TAP Avropanın enerji asılılığının həllində mühüm rol oynayacaq

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Trans-Adriatik qaz kəməri (TAP) Avropanın enerji asılılığının həllində mühüm rol oynayacaq. Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, bunu Avropa Parlamentinin Sosialistlər və Proqressiv Demokratlar Alyansının üzvü, Slovakiyadan olan deputat xanım Katarina Nevedalova Cəmiyyətin Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa dair suallarını cavablandırarkən deyib.

O bildirib ki, TAP Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı baxımından önəmli olmaqla yanaşı, enerji təhlükəsizliyi və enerji asılılığı kimi vacib problemlərin həllində də önəmli rol oynayacaq:

"Avropa Parlamentinin slovakiyalı bir üzvü olaraq, mənə bir neçə il öncə Rusiya ilə qaz təchizatında yaranmış problemləri xatırlamaq çətin deyil. Hazırda Aİ-nin üzvü olan Şərqi Avropa ölkələrinin çoxu Rusiya neftindən və qazından asılı vəziyyətdədir. Ona görə də enerji mənbələrinin diversifikasiyası proqnozlaşdırılması mürəkkəb olan dünya bazarında son dərəcə vacib məsələdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti